F-1.az xatırladır ki, almaniyalı sürücü Kanada yarışının 48-ci dövrəsində tras xaricinə çıxıb və trasa Həmiltonun önündə təhlükəli formada qayıdıb. Britaniyalı sürücü vaxtında əyləcə basaraq, qəzanın qarşısını alıb.
Niko Rosberq: “Buna öyrəşmişik. Lyuis və Sebastyan mübarizə aparırlar və Həmilton rəqibinə təzyiq göstərir. Fettel isə davamlı səhvlər edir. Təzyiq altında idi və trasdan çıxdı. Geri dönərkən “təkərlərimə ot yapışmışdı, idarəetməni itirdim. Hara getməli idim? Lyuisi görmədim” dedi. Amma Lyuis orada idi. Qaydalara görə trasdan çıxırsınızsa, təhlükəsiz formada qayıtmalısınız. Fettel birbaşa yarış trayektoriyasına keçdi. Rəqibinə rahatlıqla yer qoya bilərdi. Lyuis əyləcə basmalı oldu. Lyuis orada sürətini azaltmasa, divara çırpılardı. Buna görə də cəzaya layiq idi”.