F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk iki yarışında podiumsuz qalıb.
Niko Rosberq: “İşlər qaydasında getmədikdə belə idmançılar bununla mübarizə aparmalıdır. Burada doğru yolu tapmalısınız. Sebastyan dördqat Dünya Çempionudur və bu vəziyyətdən çıxa bilər. Uğurlu seriyaya başlamalıdır. Bunu bir yarışla edə bilər. Çində qalib gəlsə, rahatlanacaq.
Mercedes xal cəhətdən mövsümə daha yaxşı başlasa da, Ferrari-nin bolidi daha güclüdür. Bəhreyndə komanda sürücülərin yarışmasına icazə verdi. Amma iki güclü sürücünü idarə etmək çətin olacaq. Lyuis isə çempionluğun ən böyük favoritidir”.