F-1.az xatırladır ki, almaniyalı sürücü ən yaxın izləyicisi Bottasdan 7 saniyə öndə olsa da, etdiyi səhvlə mübarizəni vaxtından əvvəl dayandırıb və Hokkenhaymda ilk dəfə qalib gəlmək şansını əldən verib.
Niko Rosberq: “Çox pis oldu. İnanılmazdır. Hər şeyi zibil qutusuna atdı. Stadion bölgəsindəsiniz və o döngədə elə səhv etmək olmaz. Öz yarışına fokuslanmışdı və hər şeyi bərbad etdi. Belə şans həmişə ələ düşmür”.