F-1.az xatırladır ki, Ferrari İspaniyayaə qələbə ümidi ilə gəlsə də, sıralanma turunda pis nəticə göstərib – Rəykköenen 5-ci, Fettel isə 6-cı yeri tutublar. Kimi Rəykkönen poul qazanan Həmiltondan 1 saniyə, Sebastyan Fettel isə 1.3 saniyə geri qalıblar. Hər iki Ferrari sürücüsü hələ üstəlik Red Bull sürücülərindən də geri qalıblar.
Niko Rosberq sabahkı yarışa ikinci yerdən başlayacaq. Amma almaniyalı sürücü Ferrari-nin zəif performansına görə təəccüblənib: “Təəccübləndik. Onlardan bu qədər üstün olacağımızı düşünmürdük. Eyni zamanda, Red Bull-un da sürəti bizi təəccübləndirdi.
Bəzi şeylər dəyişdi, amma biz hələ də öz yerimizdəyik. Bu komandanın əla iş gördüyünü göstərir. Hər yarışda bolidi düzgün formada sazlayırıq və fantastik nəticələr əldə edirik”.
Lyuis Həmilton bu mövsüm üçüncü dəfə poul qazanıb. Britaniyalı ümid edir ki, yarışda heç bir problem yaşamaz: “Atdığım dövrədən razıyam. Rosberq bütün həftə ərzində sürətli idi.
Bolid mükəmməldir və dünən bir az çətinlik çəkmişdik və geridönüş etməyimiz mükəmməldir.
Ümid edirəm ki, hər şey yaxşı işləyər. Son yarışdan sonra biz start üçün məşqlər etdik və sabah start üçün əla vəziyyətdəyik. Sabah bizi gözəl bir gün gözləyir”.