F-1.az xatırladır ki, monakolu sürücü üçüncü yerdə gedərkən komanda əmriylə yerini Fettelə verib. Ferrari daha sonra gənc sürücünü pitə gec çağıraraq 5-ci pilləyə geriləməsinə səbəb olub.
Niko Rosberq: “Bəzi şeyləri sınaya bilərlər, amma Leklerə qarşı insafsızlıq etdilər. Sonra bunun fərq yaratmadığını gördülər. Bu, onlar üçün çətin idi və Leklerə qarşı insafsız davrandılar. Sebastyan üçün düzgün olanı etdilər, amma yazıq Lekleri anlayıram. Tempi var idi. Sebastyan da onu keçəndən sonra uzaqlaşa bilmədi”.