F-1.az xatırladır ki, Rosberq çempion olduqdan 5 gün sonra istefa etmiş və Mercedes onum əvəzinə Valtteri Bottası transfer etmişdi.
Niko Rosberq: “Mən artıq fanatam və fikirlərimi rahatlıqla ifadə edə bilərəm. Hamı Alonso deyir və mən də elə deyirəm. Çünki elə olsaydı, Həmiltonla partlayış əmələ gətirərdilər. Amma bu komanda üçün yaxşı olmazdı. Onlar mükəmməl həll yolu tapdılar.
Bottas sürətli olacaq, amma Həmilton da çox yüksək səviyyədə olacaq. Onu keçmək çətin olacaq. Amma mən sübut etdim ki, Həmiltonu keçmək olar. Bottas Avstraliyada poul qazanacaq!”
Almaniyalı sürücü əlavə edib ki, Mercedes-ə və komandanın qeyri-icraçı direktoru Laudaya qarşı heç bir incikliyi yoxdur: “Mənə hörmətləri böyükdür və bunun üçün minnətdaram. Lauda mətbuata açıqlama verərkən əsəbi görünsə də, mənə qarşı elə deyil. Mənə hörmət etdiyini deyib. Üçillik əməkdaşlıqdan sonra mənə çox dəstək verdi”.