F-1.az xatırladır ki, Mercedes bu həftəsonu ikinci və üçüncü sərbəst yürüşlərdə üçlüyə düşə bilməyib. Almaniyalılar sıralanma turunda daha yaxşı performans göstərərək, poul qazanıblar. Amma Rosberq Ferstappen və Rəykköneni cəmi 0.1 saniyə qabaqlayıb.
Rosberq etiraf edib ki, həftəsonu onlar üçün çətin keçir: “İndiyə qədər hər şey çox çətin oldu. Səhər istədiyimiz tempi tuta bilmədik.
Sıralanma turunun çətin keçəcəyini bilirdik. Ancaq bolid üzərində işlədik. Bolid üzərində bəzi dəyişikliklər etdik. Yaxşı idi. Razı qaldım. Poul qazandığım üçün xoşbəxtəm. Yarış çətin olacaq. Təkərlərə görə bizi çətin yarış gözləyir. Sabah Maks SuperSoft, Kimi isə Soft təkərlərdə olacaq. Nə olursa-olsun çətin olacaq”.