F-1.az xatırladır ki, keçən ay Formula1 Sürücülərinin Həmkarlar İttifaqı (GPDA) iclas təşkil etmişdi və Berni Ekklstouna idmanın köhnədən qalan və həddindən artıq bürokratik strukturunu dəyişdirməsi üçün məktub ünvanlanmışdı.
Berni Ekklstoun isə GPDA-nın məktubundan sonra bildirmişdi ki, sürücülərin bu mövzular barədə danışması yasaqlanmalıdır. Bundan başqa Ekklstoun sürücüləri “boşboğaz” adlandırmışdı.
Ekklstoun “boşboğaz” sözünü kim üçün işlətdiyini deməyib, ancaq şam yeməyində iştirak edən bəzi sürücülərin bu sözə uyğun olduğunu deyib. Ekklstoun əlavə edib ki, onlar hesabı ödəməmiş çıxıb gediblər.
Niko Rosberq şam yeməyindən sonra Twitter-də bir şəkil paylaşıb və şəklin açıqlamasında “Sürücülər Birliyi və ya Berninin sözü ilə Boşboğazlar Birliyi” ( #racingUnitedor in Bernie’s words:#windbagsunited) yazıb…