N.Rosberq: “Düzgün strategiya seçdik”

Mövsümün ilk iki yarışında qalib gələn Niko Rosberq bildirib ki, onar yarış ərzində ən təhlükəsiz strategiyanı seçiblər...

F-1.az xatırladır ki, Rosberq yarışın qalibi olub və ən yaxın izləyicisi Rəykköneni 10 saniyə qabaqlayıb.

Rosberq yarışın startında komanda yoldaşı Lyuis Həmiltonu keçib və bütün yarış ərzində liderliyi əldən verməyib.

Niko Rosberq yarış barədə təəssüratlarını bildirib: “Məncə, yarışın ən önəmli anı start idi. Yaxşı start aldım və Lyuisi keçə bildim. Bir yarış daha qazandığım üçün sevincliyəm.

Xüsusilə də, bu həftəsonu yarış startı ilə bağlı çox baş sındırdıq və nəticədə gördüyümüz işin qarşılığını aldıq. Ona görə də xoşbəxtəm.

Yarış ərzində biz təhlükəsizlik avtomobilinin girməsi və ya başqa problemlərin çıxma ehtimalını fikirləşdik. Ona görə də ehtiyatlı davrandıq və ən təhlükəsiz təkər strategiyasını seçdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*