N.Rosberq: “Diqqətimi çempionatdakı vəziyyətə yox, yarışlara yönəltmişəm”

Mercedes AMG-nin alman sürücüsü yarışlarda qalib gəlmək üçün çalışmağa davam edəcəyini bildirib.

F-1.az xatırladır ki, Niko çempionatdakı vəziyyətə əhəmiyyət vermədiyini, bütün yarışlarda qələbə üçün sürdüyünü dəfələrlə dilə gətirmişdi. Suzukada cari mövsümdə 9-cu qələbəsini qazanan sürücü yay fasiləsindən əvvəl xal hesabında geri qaldığı komanda yoldaşı Həmiltonu artıq 33 xal qabaqlayır.

Niko Rosberq: “İşlərim bu dərəcədə qaydasında gedən bir vaxtda çempionatdakı vəziyyətə əhəmiyyət verməkdə heç bir məntiq yoxdur – belə davam edəcəyəm. Qələbələr qazanmağa çalışacam. Hesablamalar aparmaq, yarışlarda ikinci olmaq istəmirəm. Xal vəziyyətindən xəbərim var – 33 xallıq fərq çox yaxşıdır. Amma Lyuisin mübarizədən çəkiləcəyini heç kim gözləməsin. O, həmişə savaşır. Yaxşı mübarizə aparırıq və bu, davam edəcək. Lyuis son 4 yarışda yalnız qəəbə qazanmaq üçün yarışacaq. Mövsümün sonuna hələ var…”

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*