N.Rosberq: “Çətin anlarımdan sonra həmişə güclü olmuşam”

Mercedes AMG-nın sürücüsü Niko Rosberq son yarışlarda Lyuis Həmiltona məğlub olaraq çempionatdakı liderliyi əldən verməsinə baxmayaraq, yenidən zirvəyə qayıdacağına əmindir.

F-1.az xatırladır ki, mövsümün ilk 4 yarışında qalib gələrək komanda yoldaşını çempionatda 43 xalla üstələyən Rosberq Həmiltonun son yarışlardakı möhtəşəm çıxışından sonra 19 xallıq fərqlə ikinci yerə düşmüşdü.

Niko Rosberq: “Lyuis ancaq son yarışlarda güclü olmayıb, o həmişə güclüdür. Buna görə də, onunla hər zaman mübarizə aparacayıq. Möhtəşəm sıralanma turu keçirdikdən sonra bu nəticəni əldə etdiyim üçün məyus oldum. Cümə günü sərbəst yürüşlərdə yarış tempinin yaxşı olduğunu gördüm. Yarış barədə pozitiv fikirdə idim və qalib gələcəyimə inanırdım. Lakin heç bir şey gözlədiyim kimi olmadı. Mən hər bir çətin anımdan sonra daha da güclənərək geri qayıtmışam. Bunu dəfələrlə sübut etmişəm. İndi də çətin günlərimdəyəm və bunu yenə edə bilərəm”.

Alman sürücü Maks Ferstappeni asfaltdan kənara çıxardığı üçün cəzalandırılması ilə də razılaşmır: “Bu idmanın çətinliklərindən biri də budur ki, bir hadisə iki dəfə baş verdikdə, hakimlər bəzən eyni cəzanı vermirlər. Bu, həmişə baş verib. Misal göstərmək istəmirəm. Amma daha yaxşısını edə bilərlər. Hokkenhaymrinqdəki hadisə ilə Avstriyadakı müqayisə oluna bilməz. Tamamilə fərqli vəziyyət idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*