F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, qayda pozuntusu problemin həlli təlimatında deyil, “yeddinci ötürmədən istifadə etmə” məsləhətində olub.
Stüardların qərarında deyilir: “Yarış direktorunun müraciətini aldıqdan və araşdırdıqdan sonra, sürücünün və komandanın nümayəndəsinin izahatını öyrəndikdən sonra, radiodanışıqları təkrar-təkrar dinlədikdən sonra stüardlar qayda pozuntusunun olması faktını təsdiq edirlər.
Komanda sürücüyə texniki reqlamentin 014-16 bəndlərinə əsasən icazəli təlmat verib, amma idman reqlamentinin 27.1 bəndində qadağan olunmuş məlumatın da verildiyi məlumdur”.
Yekun protokolda Rosberq 2-ci yerdən üçüncü yerə düşüb, çempionatda onun Lyuis Həmilton üzərindəki üstünlüyü isə cəmi bir xala düşüb.
Mercedes AMG komandası isə bildirib ki, stüardların qərarından şikayət verməyə hazırlaşırlar. Komandanın ixtiyarında 96 saat var, bu müddət rəzində komanda Almaniyanın Deutschen Motorsport Bund federasiyası tərəfindən apellyasiya şikayəti qaldıra bilər. Bundan sonra FİA apellyasiya məhkəməsinin tarixini təyin etməlidir. Amma komandanın stüardların qərarı ilə razılaşması da istisna edilmir…