F-1.az xatırladır ki, Rosberq bu mövsüm 5 yarışda, Lyuis Həmilton isə 4 yarışda qalib gəlib. Almaniyalı sürücü hazırkı vəziyyətdən razıdır: “Hazırda çox sakitəm. Mövsümün ilk yarışından etibarən çempionatın lideriyəm. Üzərimdə təzyiq hiss etmirəm. Azarkeşlər televiziyadan bizi izləyəndə insan olduğumuzu unudurlar. Biz də əsəbləşə bilərik. Bu halları çox böyütmək lazım deyil. Silverstoundakı problemlərə baxmayaraq, ikinci olduq. Cəzadan sonra üçüncü olmaq əsəblərimi pozdu.
Keçmişə baxanda özümü uğurlu sayıram, amma Dünya Çempionu olmaq üçün əlimdən gələnin ən yaxşısını etməliyəm. Çempion olmaq üçün əlimdə hər cür imkan var. Komanda bizə mükəmməl iki bolid verib. Biz də tras üzərindəki uğurlarımızla onlara təşəkkür edirik. Həmilton xüsusi sürücüdür. Onunla yarışmaq mənə həzz verir. Təbii ki, onu məğlub etmək mənə həzz verir. İkimiz də Mercedes-də xoşbəxtik”.