F-1.az xatırladır ki, Rosberq Meksikada qalib gəlsə və Həmilton 10-cu olsa, almaniyalı çempionluğu təmin edəcək.
Amma Rosberq bildirib ki, yarışa fokuslanmaq istəyir: “Məqsədim həmişəki kimi qalib gəlməkdir. Təbii ki, çempion olmaq məni çox həyəcanlandırır. Bu mükəmməl olar, amma növbədə 3 yarış var.
Yarış əsnasında başınıza çox şey gələ bilər. Bunlara nəzarət etmək üçün ancaq öz işimə fokuslanmalıyam. Belə olan halda özümü çox güclü hiss edə bilərəm”.
Rosberq Meksikada keçən il qalib gəlmişdi və Rodriqes qardaşları trasını kartinq trasına bənzətmişdi: “Stadion hissəsində atmosfer mükəmməldir. Keçən il burada qalib gəlmişdim və bu karyeramın ən gözəl anlarından biri idi. Ümid edirəm ki, eyni uğuru bu il də təkrar edə bilərəm”.