N.Rosberq: “Çempion olmaq möhtəşəm hissdir”

Niko Rosberq Əbu Dabi yarışını ikinci yerdə bitirsə də, turnir cədvəlində Həmiltonu 5 xal qabaqlayaraq, Dünya Çempionu titulunu qazanıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilk pit-stopdan sonra Ferstappenin arxasında ilişib qalmış və yarışın sonunda isə Fettelin hücumlarına tab gətirməli olmuşdu.

Niko Rosberq: “Qətiliklə deyə bilərəm ki, ən çox həzz aldığım yarışlardan biri deyildi. Yarışın əvvəlində Ferstappenin arxasında idim və ona hücum etmək heç də asan deyildi. Yarışın sonu mənim üçün çətin keçdi. Sözün açığı, yarış bitəndə çox sevincli idim. Qalib gələrək həyat yoldaşıma və uşağıma çempionluğu hədiyyə etmək istərdim, amma Dünya Çempionu ola bildim. Bu uğuru onların dəstəyi ilə qazandım.

Atamın ayaq izlərini izlədiyim üçün özümlə fəxr edirəm. O da yarım saatdan sonra burada olacaq və bu anı bir yerdə qeyd etmək üçün səbirsizlənirəm. Lyuisi təbrik etmək lazımdır. Əla mövsüm keçirdi və çox sürətli idi. Onu məğlub etmək asan olmadı”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*