N.Rosberq: “Bu poulun dəyəri çox böyükdür”

Niko Almaniya Qran Prisinin sıralanma turunun 3-cü sessiyasında problemlə üzləşməsindən sonra cəmi bir cəhdlə qazanılan poulun çox qiymətli olduğunu düşünür.

F-1.az xatırladır ki, sıralanma turunun son sessiyasında sürətli dövrədə olarkən problemlə qarşılaşan Niko Rosberq boksa qayıtmalı olub. İlk cəhdində 1:14.470 nəticə göstərən Həmiltonu üstələmək üçün sessiyanın sonunda trasa qayıdan Niko istəyinə nail olub. Ardıcıl ikinci dəfə poul qazanan Niko problemin ardından və əlavə yanacaq yükü ilə vurduğu sürətli dövrənin ona poul qazandırmasından razı qalıb.

Niko Rosberq: “Möhtəşəm hissdir. Əla dövrə idi. Hər hansı bir səhvə yol vermək və başqa bir hadisənin ola bilməsi ehtimalını nəzərə alaraq trasa 3 dövrəlik yanacaqla çıxmışdım. Bu qədər yanacaq olmasaydı, nəticəm daha yaxşı olardı”.

Niko sıralanmada üzləşdiyi qaz pedalı probleminin sabah yarışa təsir etməyəcəyini düşünür: “Nə baş verdiyini anlamadım. Bir anda qaz pedalının işləmədiyini hiss etdim və motor dövrənin sonunda sönmək üzrə idi. Mexaniklərin bunu yarışa qədər tamamilə həll edəcəyinə əminəm. Əvvəl belə problem baş verməyib. Sabah Lyuis və Red Bull sürücüləri ilə maraqlı mübarizə olacaq. Bəlkə Ferrari-dən olan uşaqlar da bu mübarizəyə qoşularlar, lakin bu gün çox geridə idilər…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*