F-1.az xatırladır ki, bu ildən etibarən Formula1-in texniki reqlamentində dəyişikliklər olacaq və təkərlərin eni 25 faiz artacaq.
Niko Rosberq Mercedes-in 2017-ci il bolidi barədə danışıb: “Bolid gözəl görünür. Çox sürətli olacaqlar və bu bolidlərlə mübarizə aparmaq daha çox həzz verəcək. Hər komanda bəzi müəmmalarla bolidlərini dizayn edir. Bəziləri çox yaxşı işlər görəcək. Bəziləri isə çox çətinlik çəkəcəklər. Belə olan halda startdakı düzülüşlər də dəyişilə bilər. İlk yarışların maraqlı olmasını gözləyirəm”.