Holms hesab edir ki, 2017-ci ildə hər bir sürücünün maşını onun dəbilqəsinin dizaynına uyğun rənglənərsə, daha cəlbedici olar.
F-1.az xəbər verir ki, Holms çempionat iştirakçılarından bəziləri üçün belə dizayn variantı hazırlayıb. Çempionatın lideri isə twitter səhifəsində öz maşınının rəng çalarını çox bəyəndiyini bildirib: “Maşınlara fərqli dizaynlar vermək lazımdır – bu, çox yaxşı ideyadır!”