N.Rosberq: Bottasın ən zəif yeri yarış tempidir

Sabiq Formula1 sürücüsü Niko Rosberq düşünür ki, Bottas ötmələrdə və təkər-təkərə mübarizələrdə çox zəifdir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Mercedes-də 5 mövsüm yarışsa da, çempion ola bilməyib. 32 yaşlı pilot xüsusən də son sıralara düşdüyü yarışlarda çətinlik çəkib.

Bottas bu ildən Alfa Romeo komandasında çıxış edəcək.

Niko Rosberq: “Alfa Romeo komandasına çox şey qatacaq. Valtterinin əsas çatışmazlığı yarış tempidir. Lyuislə müqayisədə ən böyük zəifliyi yarış tempi idi. Bundan başqa təkər-təkərə mübarizələrdə və ötmələrdə də Lyuisdən geridədir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*