F-1.az xatırladır ki, finlandiyalı sürücü Avstraliya yarışının startıda Lyuis Həmiltonu keçərək, karyerasında ilk dəfə Avstraliyada qalib gəlib.
Niko Rosberq: “Bottas hazırda mübarizə rejimindədir. Formula1-in psixoloji tərəfini unutmaq olmaz. Keçən il Sebastyanda gördüyümz şey bu idi. Valtteri bu dəfə mənim etdiyimi təkrarladı. Bütün həftəsonu ərzində ilişmə muftası ilə işlədi. Bir dəfə, iki dəfə, üç dəfə, yüz dəfə… Lyuis bəs? Maksimum beş dəfə. Lyuis sıralanma turunda çox güclüdür və Bottasın əsas problemi budur. Amma əsl mübarizə görə bilərik. Məncə, Valtteri psixoloji cəhətdən özünü qoruya bilsə, çempion olacaq. Çünki Lyuisin hərdən zəifləmə dövrləri olur”.