F-1.az xatırladır ki, Niko Rosberq 2013-2016-cı illərdə Həmiltonla komanda yoldaşı olmuş və 2016-cı ildə britaniyalını məğlub edərək Dünya Çempionu titulunu qazanmışdı. Amma 31 yaşlı sürücü çempion olduqdan 5 gün sonra istefa ver’ərək, 50 milyonluq müqavilənin üstündən xətt çəkmişdi.
Bundan sonra Mercedes komandası Bottası transfer etmişdi, amma finlandiyalının necə performans göstərəcəyi hamıya maraqlıdır.
Rosberq isə Mercedes-lə işləməyə davam etsə də, Bottas və Həmilton arasındakı mübarizəyə qarışmayacaq: “Komandadakı hadisələri izləməyə davam edəcəm. Yeni bolidi görmək istəyirəm və böyük ehtimalla 5-6 yarışda paddokda olacam. Sponsorlarla işləməyə davam edəcəm. Sizə nə maraqlıdır? Bəli. Bottas mənimlə görüşmək istəyib. Buna görə sevincliyəm, amma Lyuis barədə ona ipucu və ya sirr verməyəcəm. Bu mübarizədə bitərəf qalacam.
Hazırda ən güclü komanda bizik. Amma Red Bull və Ferrari-ni gözardı etmək olmaz. Hələ də idmanın böyük bir fanıyam və mövsümün ilk testlərini səbirsizliklə gözləyirəm”.