F-1.az xatırladır ki, ispaniyalı sürücü Kanadada 300-cü Qran Prisinə çıxmışdı, amma mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu. İkiqat Dünya Çempionu həftəsonu 24 saatlıq Le Man marafonunda çıxış edəcək.
Niko Rosberq: “Hamımız qələbə qazanmaq istəyirik. Lakin əksər komandalar komandadaxili siyasi oyunlarına görə onu istəmir.
McLaren-də motivasiyasını necə qoruduğunu bilmirəm. Ən güclü sürücülərdən biri olsa da, sıralanma turunda 14-cülükdən yaxşı nəticəsi olmur. Bu, inanılmazdır”.