F-1.az xatırladır ki, ispaniyalı sürücü son 3 ildə podiuma yüksələ bilməyib və ən yaxşı nəticəsi 5-ci yer olub.
Niko Rosberq: “Məncə, Alonsoda bəxtsizlik deyil, pis seçimdir. Doğru komandaları seçməsəniz, problem çıxar. Amma bunlar hər yüksək səviyyəli sürücüdə baş verə bilər. Dünyanın ən yaxşı sürücüsü olsanız da, pis bolid ilə yarış qazana bilməzsiniz. Sebastyan və Lyuis səviyyəsində başqa sürücülər də var və burada başda Alonso var. Amma son illərdə səhv seçimlər etdi və bu, bəxtsizlik deyil.
Alonso böyük ehtimalla McLaren-də qalacaq, çünki başqa seçimi yoxdur. İndyCar-a inanmıram getsin. Ora F1 deyil. F1 zirvədir”.