F-1.az xatırladır ki, Rosberqin müqaviləsi ilin sonunda başa çatırdı və Mercedes-in nə edəcəyi hamıya maraqlı idi. Komanda həmişə ilk alternativlərinin Rosberq olduğunu və almaniyalı sürücü ilə müqaviləni yeniləmək istədiklərini deyirdi. Bugünkü rəsmi açıqlamada bildirilib ki, Rosberqin müqaviləsi daha 2 il uzadılıb.
Autobild xəbər verir ki, Mercedes komandası Rosberqə ikiillik müqavilə üçün bonuslarla bir yerdə 45 milyon avro ödəyəcək. Rosberq isə bildirib ki, yeni müqavilə ona təsir etməyəcək: “Təbii ki təsir edə bilər, amma diqqətli olmalıyam. Diqqətim yayınmasın deyə danışıqlarımı Bergerin aparmasını istəmişdim”.