F-1.az xatırladır ki, Maks Ferstappen bu il 22 yarışın 15-də qalib gələrək, karyerasının ikinci Formula1 Çempionluğunu qazanıb. Red Bull isə 2013-cü ildən sonra ilk dəfə Mühəndislər Kubokunu qazanıb.
Niko Rosberq: “Məncə, Əbu Dabidəki həftəsonu maraqlı idi. Ferstappen üstün olsa da, mövsüm də həyəcanlı keçdi.
Trasın quruluşu dəyişəndən sonra Əbu Dabini sevdim, çünki əvvəllər ötmə etmək çətin idi. İndi isə startdan sona qədər ötmələr görürük. Məsələn, Lyuislə Karlos yarışın əvvəlində həyəcanlı mübarizə apardılar. Yeni tras quruluşu yarışları həyəcanlı edib.
Bundan başqa hamının Fetteli o cür gözəl yola salması möhtəşəm idi. O, bütün dövrlərin ən güclü pilotlarından biridir. Görək indi nə edəcək. Hələ bir planı olmadığını deyir. Ancaq əminəm ki, çox faydalı işlər görəcək”.