F-1.az xatırladır ki, Rosberq 2014-cü ilin sonun yarışında da titula namizəd olsa da, mexaniki problemlər üzündən titulu əldən vermişdi…
Niko Rosberq: “2014-cü ildə yaşadıqlarım mənə kömək edir. Son 3 ildə ikinci dəfə son yarışa çempionluq ümidi ilə gəlirəm. Amma bu dəfə özümü rahat hiss edirəm. Hazırda özümü həftəsonuna fokuslayıram. Lyuis ilə bu cür mübarizəyə girəcəyim üçün həyəcanlıyam. Yeganə məqsədim çempion olmaqdır, amma bunu qalib gələrək əldə etmək istəyirəm. Əlimdən gələn hər şeyi edəcəm. Hər şey qaydasında gedərsə, böyük şansım olacaq. Amma yarış başlayanda xallarımız bərabərmiş kimi hərəkət edəcəm”.