F-1.az xatırladır ki, Haas komandası 2022-ci ilin sonunda Şumaxerlə yollarını ayırıb və yerinə Niko Hülkenberqi gətirib.
Natalia Pinkhem: “Haas düşünürdü ki, iki debütantla yarışmaq düzgün deyil. Komandada iki debütantın olması onları geriyə saldı. İndi isə onlara yaxşı geribildirim verən və yaxşı performans göstərən sürücü lazımdır. Məncə, buna görə Hülkenberqi seçdilər”.