F-1.az xatırladır ki, Pike Ekklstoun Brabham-in sahibi olarkən, 1981-ci və 1983-cü illərdə Dünya Çempionu olub.
Nəzərinizə çatdıraq ki, Ekklstoun qısa müddət əvvəl Formula1-dəki rəhbər vəzifəsindən uzaqlaşdırılıb və onu Çeys Keri əvəz edəcək.
Nelson Pike: “Ekklstoun işlərə daha şəffaf yanaşırdı. Onunla müqavilə imzalayanda bilirdim ki, iki yarışda pis nəticə göstərsəm, qovulacağam. İndi də haqlı olduğunu görürəm. Formula1 bugünkü halına Berninin hesabına gəlib. Hansı şirkət, hansı ölkə olursa-olsun, işi bilən ağıllı idarəçi işinizi inkişaf elətdirər”.
Pike yarış karyerasını bitirdikdən sonra kommersiya avtomobillərinin təhlükəsizliyini təmin etmək üçün izləmə sistemləri istehsal edən Autotrac adlı şirkət qurub.
Braziliyalı çempion bildirib ki, şirkətinin uğurunun səbəbi İndy-500 və 24 saatlıq Le Man marafonu da daxil olduğu avtoidman karyerası olub: “Berni Ekklstoundan nəsə öyrəndiyimi deyə bilmərəm. Amma avtoidmanda hər şeyin bir başlanğıcı, ortası və sonu olduğunu öyrəndim. İşlərinizi intizamlı və komanda işi ilə həll etməlisiniz. Mən bunu 20 illik yarış karyeramdan sonra öyrəndim və şirkətimdə tətbiq edərək uğur qazandım. İnsanlara dəyər vermək, bir hədəf üçün işləmək və işləri başlayıb, bitirmək – bunları avtoidmandan öyrəndim və iş həyatımda tətbiq etdim. 40 yaşımda işləməyə başladım və mənə çox köməyi oldu”.