N.Pike Formula1-ə qayıtmaq istəmir

Üçqat dünya çempionu Nelson Pikenin oğlu Nelsinyo Pike 2008-ci və 2009-cu illərdə Renault komandasında yarışmışdı.

Amma 2008-ci ilin Sinqapur QP-də baş qəhrəmanlarından olduğu qəza qalmaqalına görə (krəşqeyt) F1-dən uzaqlaşmışdı.

F-1.az bildirir ki, Nelsinyo bu hadisədən sonra etibarını itirib və bəxtini Nascar, Rallycross və Formula E seriyalarında sınayıb. Braziliyalı sürücü 2015-ci ildə Formula E seriyası üzrə Dünya Çempionu titulunu qazanıb.

Keçmiş F1 sürücüsü bildirib ki, o, hələ də Formula1-dəki missiyasını bitirməyib, amma eyni zamanda bunun mümkün olmayacağını bildirib: “Yanlış vaxtda yanlış yerdə idim, amma olanlar oldu. Əlimizdən heç nə gəlmir.

Formula1 karyeram barədə realist olacam. Bütün sürücülər istəyər ki, onlar güclü komandada yarışsın və qazansınlar. Mən başqalarının 5-6 il ərzində etdiyini bir il ərzində etdim və podiuma çıxdım.

Karyeramı Formula E-də davam etdirirəm və F1-ə qayıtmaq istəmirəm.

Formula1-də cəmi 6 sürücü maaş və sponsorlarının hesabına yarışır, qalanları çempionatda olmaq üçün pul ödəyirlər. Mən öz karyeramdan razıyam. Formula E-də mübarizə aparıram və Formula1 barədə heç nə düşünmürəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*