N.Mənsell Williams-dan getməsindən danışıb

1992-ci ilin çempionu ingilis sürücü titul qazandıqdan sonra komandada yaranmış vəziyyətdən danışıb.

F-1.az xəbər verir ki, sürücü çempiin olduqdan sonra 24 saat ərzində Williams-dakı yerini itirdiyini öyrənib.

Naycel Mənsell: “Mən titulumu qorumağı səbirsizliklə gözləyirdim, 1993-cü ildə Prostun komanda yoldaşım olub-olmamasından asılı olmayaraq, möhtəşəm bir mövsüm baş tutacaqdı. Lakin sonra titulu qazandıqdan 1 sutka keçməmiş bildim ki, növbəti il komandada yerim yoxdur. Mənə 1992-ci ildəkinin yarısı qədər maaş təklif etdilər. Yaxşı təklif deyil, elə deyilmi? Amma bunda yeni heç nə yoxdur. Frənk Vilyams məndən qurtulmaq istəyirdi, o, artıq bir çox sürücüyə də bunu etmişdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*