N.Mənsell təhlükəsizlikdən narazıdır

Sabiq Formula1 sürücüsü Naycel Mənsell bildirib ki, idmandakı təhlükəsizlik tədbirləri daha uzun karyeralara səbəb olur və buna görə də gənc sürücülərə az şans verilir.

F-1.az xatırladır ki, Alonso, Rəykkönen və Həmilton kimi sürücülər artıq 30 yaşlarını arxada qoyublar…

Naycel Mənsell: “Elə vaxtlar var idi ki, sürücülər yaralanaraq idmandan gedirdilər. Onları başqaları əvəz edirdi. Hər il idmana yeni sürücülər gəlirdi. İndi isə bunlar yoxdur. FİA təhlükəsizlik üçün böyük işlər gördü. İstehsalçılar təhlükəsiz bolidlər düzəltmək üçün onlarla yaxın işlədilər. İndi sürücülər daha çox yarışırlar. Bu, onlar üçün yaxşı olsa da, növbədə gözləyən sürücülər üçün pisdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*