F-1.az xatırladır ki, McLaren komandası 3 il Honda ilə işlədikdən sonra yaponlarla yolları ayıraraq, Renault ilə müqavilə bağlayıblar.
Naycel Mənsell: “Çətin olacaq. Yaxın olacaqlar. Ümid edirəm ki, Renault mühərrikləri verərkən ədalətli davranar. Mercedes onlara mühərrik vermək istəmir, çünki onları özlərinə rəqib etmək istəmirlər. Balanslı peleton yaratmaq Formula1-dəki ən çətin şeydir. Peletonda 26 bolid olmalıdır və bu halda reqlament dəyişikliklərinə sərvət ödəməyə ehtiyac qalmaz”.