F-1.az xatırladır ki, Nikita testlərin ilk günündə 1.39.959-lik nəticə göstərərək 8-ci olub.
Nikita Mazepin: “Bu gün gördüyüm işdən razıyam. Gələn ilin təkərlərini test etmək yaxşı oldu. Artıq komandada bir fikir formalaşıb. Nəticəmi yaxşılaşdırmaq istəsəm də, son cəhdimdə trafiklə üzləşdim. Amma bu bir testdir. Bolid Macarıstandakı testə nisbətən daha yaxşıdır. Komanda onu yaxşı təkmilləşdirib”.