F-1.az xatırladır ki, Azərbaycan yarışının son dövrəsində mik Şumaxer komanda yoldaşı Nikita Mazepinə hücum etmiş, lakin rusiyalı sürücü çox sərt müdafiə olunmuşdu. Mik bu hərəkətədən narazı qalmış və radiodan Nikitanın onu öldürmək istədiyini demişdi.
Nikita Mazepin: “Bakıda yaşanan hadisələr mənim günahım idi. Mikin nə edəcəyini əvvəldən anlamadım. Sürücülər hücum edərkən adətən daxili trayektoriyadan istifadə edirlər. Çünki ən yaxşı əylənmə zonası oradadır. Onu görəndə mən xarici trayektoriyanı tutdum, çünki təmas yaşamaq istəmirdim. Bir-birimizi səhc anladıq. Onun sola gedəcəyini düşünsəm də, sağa getdi. Belə olan halda da qorxulu vəziyyət ortaya çıxdı. Son dövrədə bu hücumu gözləmirdim. Heç kimi qorxutmaq istəmirdim”.