F-1.az xatırladır ki, Rusiya ordusu Ukraynanı işğal etdikdən sonra avtoidman dünyası da bu hadisəyə biganə qalmayıb. FİA Rusiya Qran Prisini tamamilə ləğv edib və rus pilotların tərəfsiz yarışmasına icazə verib. Lakin Britaniya höküməti bildirib ki, ölkələrində keçirilən turnirlərdə rusiyalı idmançıların yarışmasına icazə verməyəcək. Bütün bu hadisələrin fonunda Mazepinin idmandakı gələcəyi müəmmalı olmağa başlayıb.
Almaniya mətbuatı bu haqda belə danışıb: “Haas Mik Şumaxerin komanda yoldaşı ilə yollarını ayırmaq qərarına gəlib. Belə olan halda Uralkali ilə də yollar ayrılacaq.
Boşalan yeri isə Haas-ın ehtiyat sürücüsü Pietro Fittipalti alacaq. O, Bəhreyndəki testlərdə sükan arxasına keçəcək”.