F-1.az xatırladır ki, iki komanda yoldaşı Ştiriya yarışında təkər-təkərə mübarizə aparmış və bu mübarizədə qalib gələn tərəf Mik olmuşdu. Mazepin yaxşı start alsa da, yenə də komanda yoldaşı Mikin gerisində qalmışdı.
Nikita Mazepin: “Məncə, ilk dövrədə əla iş gördüm. Yerimdən razı idim və bir neçə rəqibimi keçə bilərdim. Yarışda daha çox düzlük və ötmə üçün yerlər varsa, bolidiniz komanda yoldaşınızın maşınından ağırdırsa, öndə qalmaq çətin olur. Xoşbəxt deyiləm və yeni bolidi gözləyirəm, çünki hazırda hamı üçün asan bir hədəfəm. Yarışın əvvəlində əlimdən gələni etsəm də, sonra hamı üçün asan rəqib oldum.
Növbəti 6-7 yarışda yeniliklər gətirə bilərik, amma bu tezliklə olmayacaq”.