F-1.az bildirir ki, yapon sürücü hazırda Formula2-də ART komandasının tərkibində çıxış edir və Hunqarorinqdə də yarışacaq.
Nobuharu Matsuşita: “Dörd yaşım olanda Mixael Şumaxerin çıxışlarından təsirlənmişəm və o vaxtdan Formula1 sürücüsü olmaq istəmişəm. Mən ilk dəfə Formula1 maşınının – Sauber C36-nın sükanı arxasında oturmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, testlər mən və komanda üçün məhsuldar alınar və xeyli şey öyrənə bilərəm. Sauber-ə bu imkanı yaratdığı üçün təşəkkürümü bildirmək istəyirəm”.
Frederik Vassyör: “Nobuharunun bu şansı əldə etdiyi üçün çox şadam. Mən onun Formula2-dəki çıxışlarını izləyirəm və özünü hər yarış daha da inkişaf edirir. Bu testlər onun arzusuna – Formula1 sürücüsü olmağa doğru daha bir addımdır”.
Qeyd edək ki, komanda daha əvvəl testlərdə isveçli Qustav Malyanın köməyindən istifadə edəcəyini açıqlamışdı…