F-1.az xatırladır ki, britaniyalılar builki mövsümə böyük ümidlərlə başlasalar da, Honda mühərriyinin etibarlılıq problemlərinə görə rəqiblərindən xeyli geridə qalıblar. Formula1-in ən titullu 3-cü komandası 6 yarışdan sonra xal qazana bilməyən yeganə kollektivdir.
Naycel Mənsell: “Həm McLaren, həm də Honda-ya görə məyusam. Mən 80-ci illərdə Honda mühərriyi əla vəziyyətdə olarkən onlarla işləmişdim və buna görə şanslıyam. Bir yerdə çox önəmli işlər görmüşdük. İndi isə işlərin onlar üçün belə tərsinə dönməsi çox pis olub. McLaren çətin qərar qəbul etməlidir və görək bu prosesə necə nəzarət edəcəklər. Ümid edirəm ki, yenidən layiq olduqları yerlərə qayıdarlar”.