F-1.az xatırladır ki, üçqat Dünya Çempionu 2018-ci ilin yay aylarında xəstəxanaya düşmüş və ona yeni ağciyər köçürülmüşdü. Mətbuatın verdiyi xəbərə əsasən, 69 yaşlı Lauda qrip olduğu üçün yenidən xəstəxanaya aparılıb. Qeyd edək ki, əfsanəvi sürücünün orqanizmi ağciyər köçürülməsindən sonra əvvəlki kimi güclü deyil. Həkimlər üçqat Dünya Çempionunun qriplə mübarizə edə bilməyəcəyindən qorxurlar. Buna görə də hər ehtimala qarşı xəstəxanaya aparılıb. Xəstəxanadan verilən xəbərə əsasən, Lauda gələn həftə evinə buraxılacaq.
Deyilənə görə, Lauda İbitsada Yeni ili qeyd edərkən xəstəlik üzə çıxıb və İbitsadan ayrılaraq Avstriyada xəstəxanaya gəlib.