F-1.az xatırladır ki, Ferrari mövsümə əla start verib və italyanlar Mercedes-in üçillik hegemonluğunu bitirmək qərarındadırlar. Amma Lauda komandasının hegemonluğunun bitməsini istəmir: “Belə görünür ki, Sebastyan və Lyuis arasında mövsümün sonuna qədər mübarizə davam edəcək. Bu, fanlar üçün yaxşı olsa da, mən hər şeyin son 3 ildəki kimi olmasını istərdim.
Çindəki qələbədən sonra komandada rahatlanma oldu. İlk yarışımızı qazanmaq önəmli idi və bu baş verdi. Artıq daha böyük hədəflərimiz var. Maks son yarışda əla nəticə göstərdi, amma Red Bull hazırda bizdən çox uzaqdadır”.