N.Lauda tras məhdudiyyətlərini tənqid edib

Formula1-in ən böyük əfsanələrindən biri Niki Lauda trasdakı limitləri tənqid edib.

F-1.az xatırladır ki, 2017-ci ilin Amerika yarışında Ferstappen trası kəsərək ötmə etdiyi üçün 5 saniyəlik cəza almış və podiumdan kənarda qalmışdı.

Niki Lauda: “Traslar son 30 ildə çox inkişaf edib. Bu təbiidir. Amma lənətə gəlmiş ağ xətti keçən kimi cəza alırsınız. Bu isə axmaqlıqdır və məni əsəbiləşdirir. Sürücülərə ağlamaq üçün fürsət verirlər. Biri sizi keçən kimi deyirsiniz ki, “məni ağ xətti kəsərək keçdi”. Amma yaxşı sürücü gördüyü boşluğu dəyərləndirməlidir. FİA bundan narazıdırsa, oraya porebrik qoysun. Əks halda yarışmalarına icazə versinlər. Bunu FİA və Çarli Uaytinqə min dəfə demişəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*