F-1.az xatırladır ki, Mercedes komandası bu il Monako və Macarıstan yarışlarında çətinliklə üzləşib və Sinqapur da konfiqurasiyasına görə bu trasları xatırladır.
Niki Lauda: “Montsada çox rahat qazandıq və Ferrari ev trasında utancverici məğlubiyyət aldı. Amma Sinqapurda işlərin tərsinə dönməsini gözləyirəm. Bu tras Ferrari üçün çox əlverişlidir və Fettel daha bir qələbə qazanacaq. Təbii ki, indidən bir söz demək mümkünsüzdür. Ümid edirəm ki, Lyuis qalib gələr və vəziyyətini yaxşılaşdırar. Hər şeyə baxmayaraq, gözəl bir yarış gözləyirəm. Problemsiz həftəsonu keçirtsək, hər şey ola bilər”.