F-1.az xatırladır ki, Niko Rosberqin Mercedes AMG komandası ilə olan müqaviləsi mövsümün sonunda bitir. Niko diqqətini yarışlardan ayırmamaq üçün yeni müqavilə barədə müzakirələr aparmağı Gerhard Bergerə həvalə edib. Tərəflər arasında danışıqlar davam edir. Hər iki tərəfin yeni müqavilə üçün razılaşdığı, lakin bunun bəzi xırda detallara görə hələ açıqlanmadığı bildirilir.
Niki Lauda: “İkiillik müqavilə üçün razılığa gəlmişik. Lakin bəzi xırda müzakirələr qalıb. O, karyerasını bizimlə davam etdirə bilmək üçün çox çalışıb. Buna layiqdir”.
Niko Rosberqdən sonra diqqət mərkəzinə Kimi Rəykkönen düşəcək. Bu il tez-tez podiuma çıxmağı bacaran Kimi bəzən də səhvləri ilə diqqət mərkəzinə düşüb. Ferrari yekun qərarı vermək üçün bir qədər də gözləmək istəyir. Əgər o, Ferraridən gedərsə, onu əvəzləmək üçün xeyli namizəd var. Bunlara Karlos Sayns, Serxio Peres, Valtteri Bottas və Roman Qrojanı misal göstərmək olar.