F-1.az xatırladır ki, Niko Rosberq ilk 4 yarışı qazanaraq, ikinci yerdəki Həmiltona 43 xallıq fərq atmışdı. Amma almaniyalı sürücü Almaniya QP-dən sonra Həmiltondan 19 xal geri qalır. Həmilton ard-arda qazandığı 4 qələbədən sonra yay tətilinə yüksək əhval-ruhiyyə ilə başlayıb və Barbadosda karnavala gedib. Rosberq isə həyat yoldaşı və qızı ilə İbizaya tətilə gedib.
Niki Lauda Rosberq ilə danışmaq üçün İbizaya yola düşüb. Avstriyalı əfsanəvi sürücü bu barədə danışıb: “Onunla danışıb, problemi müzakirə edəcəyik. O, yenidən özünə inanmalıdır və daha sonra təhlükə siqnalları Lyuis üçün çalına bilər”.