N.Lauda: “Rosberq Ferrari-də ikinci sürücü olacaq”

Mercedes AMG-nin qeyri-icraçı direktoru Lauda bildirib ki, Niko Rosberq Ferrari-yə keçməyəcək...

F-1.az xatırladır ki, İspaniya QP-dən sonra belə söz-söhbətlər çıxıb ki, Rosberq 2017-ci il üçün Ferrari-yə transfer ola bilər.

İspaniyadakı mövsümiçi testlərdən sonra bu iddialar barədə danışan Rosberq, bu söz-öhbətləri nə təkzib etdi, nə də təsdiqlədi.

Ancaq Lauda düşünür ki, Rosberq Ferrari-yə getsə, Fetteldən sonra ikinci sürücü statusu alacaq: “Niko niyə 2 ildir Ferrari-də yarışan və komandanın hər şeyini bilən Fettelin yanına getsin? Belə olan halda, Rosberq ikinci sürücü olacaq”.

İtaliya mətbuatının yaydığı xəbərlərə görə, Verlyayn 2017-ci ildə Mercedes-də yarışacaq və belə olan halda ya Həmilton, ya da Rosberq komandadan getməlidir.

Rosberq üçün digər alternativ isə Formula1-də debüt etdiyi Williams komandasıdır…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*