F-1.az xatırladır ki, Yaponiya yarışını Rosberq qazandığı halda, Həmilton 3-cü olmuşdu və fanlarını məyus etmişdi.
Lauda bildirib ki, hər iki sürücüsü də çox güclüdür və sürüşlərində səhv tapmaq qeyri-mümkündür. Avstriyalı əfsanə əlavə edib ki, Rosberqin bolidində problem olmasa, rahatlıqla Dünya Çempionu titulunu qazana bilər: “Niko hazırda hər şeyi düz edir. Əgər hər şey mövsümün sonuna qədər normal davam etsə, Lyuis onu çətinki keçsin. Başqa cür necə olar – bilmirəm.
Lyuis bu il bəzi problemlərlə üzləşdi. Bunlar olmasaydı, turnir cədvəli necə olardı – bilmirəm. Amma Niko bu problemlərlə üzləşməsə, Həmiltonun işi çətin olacaq”.