N.Lauda: “Rosberq bizi pis vəziyyətqə qoydu”

Mercedes komandasının qeyri icraçı direktoru Niki Lauda bildirib ki, Rosberqin təqaüdə çıxma zamanından məmnun deyil, çünki almaniyalı onlara B planını tətbiq etmək üçün vaxt verməyib.

F-1.az xatırladır ki, Rosberq Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra gözlənilmədən təqaüdə çıxdığını demişdi.

Almaniyalı sürücünün 2018-ci ilə qədər Mercedes-də qalması gözlənilirdi, amma çempion olan kimi komandaya təqaüdə çıxmaq istədiyini deyib. Lauda isə bildirib ki, Rosberq belə edərək, komandada böyük boşluq əmələ gətirib: “Nikonun “çempion olmasaydım, yarışmağa davam edərdim” deməsi məni narahat edir. Müqavilə imzalayanda bizə ipucu verə bilərdi. Biz də bu halda B planı hazırlayardıq. Amma olan oldu. Biz ona güclü bolid verib çempion olmasını təmin etdik, o isə təqaüdə çıxdı. Bu hal mükəmməl işləyən komandada böyük boşluq yaratdı. Biz də axmaq kimi baxdıq.

Bizim dövrümüzdə, lap elə indi də, mən olsam, Dünya Çempionu titulunu qorumaq istəyərdim. Birinci olmaq və rəqibləri məğlub etmək çətin şey idi. Əsasən də titulu qorumaq çox vacib idi. Sadəcə bunu etmək üçün çempion olmaq istəyirsiniz. Niko isə fərqli yol seçmək istədi, həmişə bunu istədi. Problem isə onda idi ki, bunu edəcəyini əvvəldən bizə deməmişdi. Bizi təəccübləndirən bu oldu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*