F-1.az xatırladır ki, avstraliyalı sürücü öz publikası önündə qırmızı bayraqlara məhəl qoymayaraq normadan sürətli getmiş və buna görə də yarışın startında 3 yer itirməklə cəzalandırılmışdı.
Niki Lauda: “Formula1 və Çarli Uaytinq mövsümə belə başlayırsa, deməli idmanda bəzi şeylər səhv işləyir. Mən olsam, fərqli cəza verərdim. Sıralanma turunda ön cərgələrdə idi və orada qalmalı idi. Belə olduğu halda avstraliyalı fanlar yarışdan daha çox həzz alardılar. Çox səhv qərar idi”.