F-1.az xatırladır ki, Rikkardo yarışın 39-cu dövrəsində Maks Ferstappenə hücum edərkən, hollandiyalı sürücüyə arxadan çırpılıb və hər iki sürücü mübarizəni dayandırmalı olub.
Niki Lauda: “Bu nəticədən sonra evə gedib ağlamalıdırlar. Bu, əsl faciədir. Vaxtında Həmilton və Rosberqlə biz də belə halla qarşılaşdıq. Burada səhv 70 faiz Ferstappendə, 30 faiz Rikkardodadır. Maks sağa-sola hərəkət edirdi və yazıq Rikkardonun getməyə yeri yox idi. Mercedes-də bu hadisə yaşansaydı, Toto ilə sürücüləri ofisə çağırıb onların maaşından kəsərdik. 2016-cı ildə bu barədə düşünsək də, sonra etməmişdik. Görək Red Bull hansı tədbirləri görəcək. Bakıda qalib gəldiyimiz üçün xoşbəxtəm”.