F-1.az xatırladır ki, avstriyalı 3 qat Dünya Çempionu 1976-cı ilin Almaniya yarışında qəza keçirmiş və ölümdən qayıtmışdı.
Niki Lauda: “Formula1-i təhlükəsiz etməyə çalışsaq, insanların marağı azalacaq. Buradakı sürücülər dünyanın ən yaxşıları olmalıdırlar. Hədəf budur. İnsanlar sürücülərin işlərinin çətinliyini anlamaq üçün o qəzaları görmək istəyirlər. Əgər hər şeyi təhlükəsiz etsək, Formula1 özünü yox edəcək”.
Lauda özü barədə yazdığı kitabda xəstəxanada yanında dua edən rahibdən danışmışdı. Amma buna baxmayaraq üçqat Dünya Çempionu 6 həftədən sonra yanmış başı üçün xüsusi dizayn edilmiş dəbilqədən istifadə etmişdi. Lauda hazırda yanıqları gizlətmək üçün daim başına papaq geyinir.
Niki Lauda: “Papağın hesabına axmaq-axmaq baxan insanlardan qorunuram. Həmişə papağın altındakı ilə maraqlanırlar və bu əsəbpozucudur. Buna görə də özümü rahat hiss etmək üçün papaq geyinirəm.
İnsanlar bəzən qəlbimi qırdılar və mənə pis davrandılar. Sadəcə papağın altını görmək istədilər. Mənimlə danışmaq istəyirsənsə, gözlərimin içinə bax. Mənim çirkin olmaq səbəblərim var. Bəzi adamlar sadəcə çirkin olurlar”.